05.11.2021
5 noyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi 8 noyabr Zəfər günü münasibəti ilə “Zəfər meydanı”adlı film nümaiş olundu.
İlk növbədə ölkəmizin azadlığı uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Samux rayon MKS-nin Oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva Zəfər günü münasibəti ilə hər kəsi təbrik etdi və qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır!” şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda mübarizəsinin ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu.
Şanlı Qələbəmizlə yekunlaşan 44 günlük Vətən Müharibəsi haqqında”Zəfər meydanı” adlı sənədli filmdə Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin müharibə müddətində etdiyi çıxışlara, xarici media orqanlarına verdiyi müsahibələrə geniş yer verilir. Eyni zamanda Şanlı Ordumuzun uğurları və Ulu Xalqımızın dəstəyi haqqında danışılır. Azərbaycan Xalqı döyüş, siyasət və informasiya meydanındakı qələbələrini nəhayət sonda Azadlıq meydanında qeyd etdi. Bu meydan bizim üçün həm də Zəfər meydanı oldu.